“Ericsson” ABŞ-nin rüsumlarından sonra çətinliklərlə üzləşib

11:03 - 16.01.2026


16 yanvar, Fineko/abc.az. İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” yerli həmkarlar ittifaqları ilə danışıqlara başlayıb. Şirkət izah edib ki, ştatın ixtisarı texnologiyalara investisiyaları qorumaq şərti ilə xərclərin azaldılmasına yönəlmiş “qlobal təşəbbüslər”in bir hissəsidir.

ABC.AZ-ın məlumatına görə, 31 dekabr 2025-ci il tarixinə şirkətin ümumi işçi sayı təxminən 90 min nəfər olub, onların 12,6 minə yaxını İsveçdə çalışıb.

Agentlik xatırladır ki, qrup ölkədə 2023-cü ildə də (1 400 nəfər), 2024-cü ildə isə (1 200 nəfər) ixtisarlar aparıb. “The Wall Street Journal” qeyd edir ki, sənayedə 5G sahəsinə investisiyaların tempi zəifləyir: bəzi iri müştərilər şəbəkələrin ilkin yerləşdirmə mərhələsini artıq başa çatdırıblar, operatorlar isə qeyri-müəyyən iqtisadi perspektivlər fonunda sərmayələri ehtiyatla yatırırlar.

Şirkətlər ABŞ-nin tətbiq etdiyi rüsumlarla bağlı da çətinliklərlə üzləşiblər — “Ericsson” üçün bu, komponent və materialların alınması ilə əlaqəlidir. İsveç qrupunun nümayəndəsi nəşrə bildirib ki, mobil şəbəkələr bazarı hələ də artım göstərmir. İnflyasiya təzyiqinin davam edəcəyi gözlənildiyindən, şirkət xərcləri azaltmağa məcburdur.