Ötən il "Abşeron" yatağında Azərbaycanşn kondensat hasilatı 0,6 milyon ton olub

11:16 - 16.01.2026


16 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın "Abşeron" yatağında kondensat hasilatı 0,6 milyon ton təşkil edib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə "Abşeron" yatağında kondensat hasilatı dəyişməyib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-dekabr ayları üzrə əməliyyat məlumatlarına görə, Azərbaycanda 27,7 milyon ton neft (qaz kondensatı da daxil olmaqla) hasil edilib.

"Abşeron" yatağı Xəzər dənizində, Bakıdan təxminən 100 km cənub-şərqdə və "Şahdəniz" yatağından 25 km şimal-şərqdə yerləşir.

Kondensat və qaz hasilatı JOCAP tərəfindən idarə olunan tək bir dərin dəniz quyusundan istifadə edərək erkən istehsal layihəsi çərçivəsində 2023-cü ilin iyul ayından bəri davam edir.