Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə 1 pillə geriləyib

12:22 - 16.01.2026


16 yanvar, Fineko/abc.az. Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (88,83 Mbps) görə noyabr ayına nisbətən 1 pillə geriləyərək 156 ölkə arasında 86-cı olub.

ABC.AZ xəbər verir ki, bu barədə "Speedtest Global Index"in hesabatında qeyd edilib. Bir il əvvəlki göstərici (69,15 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 28,5 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (72,17 Mbps), İran (21,33 Mbps), Gürcüstan (44,55 Mbps), Ermənistan (80,27 Mbps), Qazaxıstan (85,71 Mbps), Qırğızıstanı (85,40 Mbps) və Tacikistanı (38,40 Mbps) geridə qoyub.