14:22 - 16.01.2026
16 yanvar, Fineko/abc.az. "Azərbaycan Sənaye Bankı"nın banklardakı depozitlərdən əldə etdiyi faiz gəlirləri 259 min manat (1,4%) azalaraq 18,4 milyon manata enib.
Bankın faizli nostro hesablar üzrə gəlirləri də kəskin azalaraq 220 min manatdan 49 min manata düşüb.
"Azərbaycan Sənaye Bankı" ASC-nin faiz xərcləri 20,9 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon manat və ya 14,3% artım deməkdir.
Faiz xərclərinin artımında əsas rolu müştərilərin və digər bankların depozitləri oynayıb. Bankın müştəri depozitlərinə görə ödənişləri bir ildə 1,5 milyon manat (13,7%) artaraq 12,5 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz xərclərinin 60%-ni təşkil edir.
Digər bankların depozitlərinə görə xərcləri isə 1,1 milyon manat (18,2%) artaraq 7,1 milyon manat olub.
Müəllif: Elmir Muradov
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026