16:18 - 16.01.2026
16 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycandan Gürcüstana 40,2 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatından məlum olur.
Köçürmələrin həcmi illik müqayisədə 3,53 milyon ABŞ dolları və yaxud 8,07% azalıb.
Hesabat ilində Gürcüstandan Azərbaycana isə 65,92 milyon ABŞ dolları daxil olub ki, bu da 2024-cü ilin eyni göstəricisindən 36,4% çoxdur.
Azərbaycandan Gürcüstana ən çox pul köçürmələri 3,98 milyon ABŞ dolları olmaqla aprel ayında reallaşdırılıb. Gürcüstandan Azərbaycana isə ən çox pul köçürmələri (6,95 milyon ABŞ dolları) oktyabr ayında qeydə alınıb. ©Apa
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026