16:20 - 16.01.2026
16 yanvar, Fineko/abc.az. Ermənistan “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin regional təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyini gözləyir.
ABC.AZ xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Onun sözlərinə görə, 49 il müddətinə imzalanmış çərçivə sazişi ABŞ-ın ölkənin sərhədləri və ərazisində təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli dərəcədə iştirakını nəzərdə tutur.
Simonyan qeyd edib ki, TRIPP təkcə nəqliyyat layihəsi deyil, həm də təhlükəsizlik sisteminin bir hissəsidir və artıq regionda maraqları olan tərəflər arasında təkcə Azərbaycan deyil, həm də ABŞ, eləcə də Aİ, Rusiya və İran yer alır.
Layihə avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycanın Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp tərəfindən birgə bəyannamənin imzalanmasından sonra işə salınmışdır. Yanvarın 14-də isə Ermənistan və ABŞ layihənin icrası ilə bağlı çərçivə sazişi imzalamışdırlar.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026