16:52 - 16.01.2026
16 yanvar, Fineko/abc.az. Kaliforniyada yerləşən Galactic Resource Utilisation Space (GRU) startapı 2032-ci ilə qədər dünyada ilk daimi fəaliyyət göstərəcək Ay otelini inşa etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, layihə artıq investorların marağını cəlb edib, ilkin sifarişlər qəbul olunub və otaqlar üçün $1 mln depozitlə əvvəlcədən bron etmək mümkündür. Otel Ay reqolitindən istifadə edilərək və avtomatlaşdırılmış modul sistemləri ilə tikiləcək, sınaq missiyası isə 2029-cu ildə həyata keçirilməsi planlaşdırılır.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026