16:53 - 16.01.2026
16 yanvar, Fineko/abc.az. Azərbaycan və "Mastercard" - beynəlxalq kart təşkilatı arasında maliyyə inklüzivliyinin genişləndirilməsi müzakirə edilib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, qurumun sədri Taleh Kazımov "Mastercard"ın sədr müavini və Strateji inkişaf üzrə prezidenti Con Hantsmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş çərçivəsində ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi və ödəniş sistemlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslər müzakirə olunub.
Görüşdə həmçinin tərəflər arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib, 2026–2029-cu illər üzrə strateji əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026