10:25 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. 2025-ci ildə ölkədə 129.1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1.4 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu noyabrdakı 1.6 faiz artımdan 0.2 faiz bəndi aşağıdır.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2.7 faiz artmışdır.
Hökumətin proqnozlarına görə, 2025-ci ildə 3.5% iqtisadi artım gözlənildiyi halda, bu proqnoz dəyişdirilərək avqust ayında 3%-ə endirilmişdi. Maliyyə Nazirliyinin açıqladığı “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” adlı hesabatında bildirilirdi ki, proqnozun aşağı salınmasının əsas səbəbi qlobal iqtisadi şəraitin pisləşməsi və neftin qiyməti ilə bağlı beynəlxalq təşkilatların daha aşağı gözləntiləridir. Beynəlxalq Valyuta Fondu 2025-ci ildə neftin qiymətini 68.2 dollar, Dünya Bankı 66 dollar, ABŞ Enerji İnformasiya Administrasiyası isə 69 dollar səviyyəsində proqnozlaşdırır. Hökumət həmçinin ilin ilk 6 ayı üzrə makro-fiskal nəticələri və dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən prosesləri nəzərə almışdı.
Azalma təkcə neft sektoruna aid deyil. Qeyri-neft-qaz sektoru üzrə real artım proqnozu da 4.9%-dən 4.6%-ə endirilmişdi. Burada əsas zəifləmə kənd təsərrüfatı və nəqliyyat sektorlarında müşahidə olunan nisbətən aşağı artım templəri ilə əlaqələndirilir.
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
4 Fevral 2026
4 Fevral 2026
5 Fevral 2026