10:37 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. 2025-ci il üzrə Azərbaycan üçün real ÜDM artımı beynəlxalq qurumlar tərəfindən əsasən 2.0–3.4% aralığında qiymətləndirilirdi.
ABC.AZ xəbər verir ki, “Fitch Solutions” artımı 2.6%, “Moody’s” və “ING Group” 2.5%, “S&P Global” isə təxminən 2% səviyyəsində görür.
“Bloomberg” konsensusuna görə artım 2.7% olacağını bildirirdi. Daha optimist proqnozlar verən “Fitch Ratings” 3.0–3.5%, EBRD isə təxminən 3.0% artım gözləyirdilər. Asian “Development Bank” 2025 üçün 3.4% iqtisadi artım proqnozlaşdırmışdı.
ÜDM istehsalının 33.0 faizi sənaye, 11.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.5 faizi tikinti, 5.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.1 faizi informasiya və rabitə sahələrinin, 21.7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 12 602.2 manata (~7 413 ABŞ dollarına) bərabər olub.
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
4 Fevral 2026
5 Fevral 2026
5 Fevral 2026