10:48 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda əsas kapitala 21 milyard 226,1 milyon manat və yaxud 2024-cü illə müqayisədə 5,6 % az investisiya yönəldilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,3 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,9 % azalıb.
Ötən il istifadə olunmuş investisiyanın 10 milyard 972,1 milyon manatı və yaxud 51,7 %-i məhsul istehsalı sahələrinə, 7 milyard 179,6 milyon manatı və yaxud 33,8 %-i xidmət sahələrinə, 3 milyard 74,4 milyon manatı və yaxud 14,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub, 17 milyard 23 milyon manatını və yaxud 80,2 %-ini daxili investisiyalar təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 16 milyard 18,3 milyon manatı və yaxud 75,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026