11:08 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 63,1 milyard manatlıq və yaxud 2024-cü illə müqayisədə 1 % az sənaye məhsulu istehsal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 % artıb.
Sənaye məhsulunun 59,6 %-i mədənçıxarma sektorunda, 33,9 %-i emal sektorunda, 5,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 % azalıb, əmtəəlik qaz hasilatı isə 0,7 % artıb.
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
4 Fevral 2026
5 Fevral 2026