2025-ci ildə milyarderlərin sərvəti rekord həddə — 18,3 trilyon dollara çatıb

11:29 - 19.01.2026


19 yanvar, Fineko/abc.az. 2025-ci ildə milyarderlərin sərvəti əvvəlki illərlə müqayisədə üç dəfə daha sürətlə artaraq rekord səviyyə — 18,3 trilyon dollaradək yüksəlib.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters Oxfam-ın hesabatına istinadən məlumat yayıb.

Davosda keçirilən Dünya İqtisadi Forumunun açılışına həsr olunmuş məruzədə xeyriyyə təşkilatı bildirib ki, 2025-ci ildə dünya milyarderlərinin sərvəti 16% artıb və 2020-ci ildən bəri ümumi artım 81% təşkil edib.

Hesabatda qeyd olunur ki, bu nailiyyətlər dünyada hər dörd nəfərdən birinin müntəzəm qidalanma ilə bağlı çətinliklər yaşadığı, planet əhalisinin demək olar ki, yarısının isə yoxsulluq içində yaşadığı bir şəraitdə əldə olunub. Oxfam bu cür uçurumu demokratiya üçün təhlükə hesab edir.