11:34 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq və yaxud 2024-cü illə müqayisədə 1,4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,7 % artıb.
ÜDM istehsalının 33 %-i sənaye, 11,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,5 %-i tikinti, 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 %-i informasiya və rabitə sahələrinin, 21,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 12 602 manat olub.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026