16:05 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. Ötən il ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 243,2 milyon ton yük daşıyıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,4 milyon ton və ya 1,8 % çoxdur.
Hesabat dövründə nəqliyyatçılar 2 milyard 215,1 milyon sərnişinə xidmət göstəriblər. Bu, bir il öncəki göstərici ilə müqayisədə 127,1 milyon sərnişin və ya 6,1 % çoxdur.
2025-ci ildə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80,4 % təşkil edib.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026