16:26 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanın informasiya və rabitə sektoruna 373,6 milyon manat investisiya qoyulub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.
Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 1,8 % təşkil edib.
Təkcə dekabr ayında isə sektora investisiya qoyuluşu 86 milyon manat olub ki, bu da bir il öncəki göstəriciyə nisbətən 29 % azdır.
Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026