Bu ölkədə sürücünün yorğunluğunu aşkar etdikdə dayanan ilk avtomobil təqdim edilib

16:49 - 19.01.2026


19 yanvar, Fineko/abc.az. Rusiya istehsalı olan yeni “Atom” elektromobili baza komplektasiyasında sürücünün vəziyyətini izləyən monitorinq sistemi ilə təchiz ediləcək. Bu sistem infraqırmızı kamera vasitəsilə sürücünün mimikasını və baxış istiqamətini analiz edir. Yorğunluq və ya səhhətlə bağlı problemlər aşkar edildikdə, avtomobil özü avtomatik olaraq dayanma təşəbbüsü göstərəcək.

ABC.AZ xəbər verir ki, model 204 at gücündə mühərrik, 77 kVt·saat tutumlu batareya və 500 km-ə qədər yürüş məsafəsi ilə təchiz olunub. Maksimal sürət 170 km/saat, klirens isə 170 mm-dir.

Avtomobilə 5 il və ya 150 min km zəmanət verilir. Təxmini qiyməti 3,9 milyon rubl təşkil edir. Satışların bu il başlaması planlaşdırılır.