17:17 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanda 587 min ton həcmində karbamid istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbərə verir ki, bu, 2024-cü il ilə müqayisədə 10 % çoxdur.
Bu ilin yanvarın 1-nə 52 min ton hazır məhsul qalığı yaranıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026