Azərbaycan noyabrda qızılın bir kiloqramını 132 978 dollara idxal edib

10:02 - 21.01.2026


21 yanvar, Fineko/abc.az. Azərbaycan qeyri-monetar qızıl idxalını 2025-ci ilin ilk 11 ayında əhəmiyyətli dərəcədə artırıb.

ABC.AZ xəbər verir ki, bu dövrdə ölkəyə 48 402 kiloqram qızıl idxal olunub və idxalın dəyəri 5 milyard 41.73 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün, 2024-cü ilin ilk 11 ayında qızıl idxalı 34 083 kiloqram, dəyər ifadəsində isə 2 milyard 714.76 milyon dollar olub. Beləliklə, illik müqayisədə qızıl idxalı miqdar üzrə 42.02%, dəyər üzrə isə 85.71% artım göstərib.

Təkcə 2025-ci ilin noyabr ayında Azərbaycana 3 961 kiloqram və ya 526.68 milyon dollar dəyərində qızıl idxal edilib.

Azərbaycan noyabrda idxal etdiyi qızılın bir kiloqramını 132 978 dollar olub.