12:19 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. Amerikanın striminq xidməti Netflix 2025-ci ilin dördüncü rübü üzrə hesabatını təqdim edərək əsas göstəricilər üzrə analitiklərin gözləntilərini üstələyib.
ABC.AZ xəbər verir ki, şirkət hər səhm üzrə 0,56 dollar qazanc əldə edib ki, bu da konsensus proqnozdan (0,55 dollar) yüksəkdir. Gəlirlər 12,05 milyard dollara (+18% illik) çataraq 11,97 milyard dollarlıq proqnozu keçib.
Ödənişli abunəçilərin sayı rekord həddə — 325 milyona çataraq Netflix-in qlobal bazardakı liderliyini təsdiqləyib.
2026-cı ilin birinci rübü üçün proqnozlarında şirkət, 0,81 dollar konsensus proqnozuna qarşı hər səhm üzrə 0,76 dollar mənfəət və 12,19 milyard dollara qarşı 12,16 milyard dollar gəlir gözləyir.
Bütövlükdə 2026-cı ilin yekunları üzrə Netflix gəlirlərin 50,70–51,70 milyard dollar diapazonunda olacağını proqnozlaşdırır, analitiklərin konsensus qiymətləndirməsi isə 51,03 milyard dollar təşkil edir.
Əsas ticarət sessiyası başa çatdıqdan sonra NFLX səhmləri 4,5% ucuzlaşır.
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026