Bir ildə Azərbaycandan 18 973 ton fındıq ixrac edilib

14:22 - 21.01.2026


21 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycandan 170 milyon 659 min dollar dəyərində 18 973 ton fındıq ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

2024-cü ildə isə Azərbaycandan 128 milyon 885 min dollar dəyərində 20 169 ton fındıq ixrac olunmuşdu.

Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 32.4% artıb, miqdar ifadəsilə 6% azalıb.