14:48 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. Azərbaycanın Qazaxıstandan xam neft idxalı 2025-ci ilin ilk 11 ayında kəskin artıb.
ABC.AZ xəbər verir ki, bu dövrdə ölkə Qazaxıstandan 114.4 min tona ton xam neft idxal edib və idxalın dəyəri 62 milyon 832.1 min ABŞ dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında Azərbaycana Qazaxıstandan 34.6 min ton xam neft gətirilmiş, idxalın ümumi dəyəri isə 22 milyon 828.70 min ABŞ dolları olmuşdu. Beləliklə, illik müqayisədə xam neft idxalının həcmi təxminən 3.3 dəfə, dəyər ifadəsində isə 2.8 dəfə artıb.
Hesablamalara görə, 2025-ci ilin yanvar–noyabr aylarında Qazaxıstandan idxal olunan xam neftin bir tonunun orta qiyməti təxminən 549 ABŞ dolları olub. 2024-cü ilin eyni dövründə isə bu göstərici təxminən 660 ABŞ dolları səviyyəsində formalaşmışdı.
Qeyd edək ki, Qazaxıstandan idxalın kəskin artması bu ölkənin neft ixracını Rusiya marşrutlarından diversifikasiya etmək strategiyasının tərkib hissəsidir.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026