15:34 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. Dünya bazarlarında çərşənbə günü kakao paxlalarının birja qiymətləri təxminən 8% düşərək, iki il sonra ilk dəfə ton başına $4 300 səviyyəsinin altına enib, ICE Futures məlumatlarına istinadən xəbər verir.
ABC.AZ-ın verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 13:51-də mart (ən yaxın) kakao paxlası fyuçersinin qiyməti əvvəlki bağlanışla müqayisədə 7,79% azalıb – ton başına $4 290,5-ə düşüb. $4 300 səviyyəsinin altına qiymət ilk dəfə 12 yanvar 2024-cü ildən sonra enib.
İlin əvvəlindən bəri kakao paxlalarının qiyməti artıq 28% azalıb, dekabr ayında isə qiymət 10% artmışdı.
2024-cü ilin dekabrında kakao qiyməti tarixi rekord səviyyəyə çataraq, ilk dəfə ton başına $12 minin üzərinə qalxmışdı.
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026