Azərbaycan şirkətinin nizamnamə kapitalı 300 min manat azaldılıb

10:38 - 22.01.2026


22 yanvar, Fineko/abc.az. “Our Orchards” MMC-nin nizamnamə kapitalı azaldılıb.

ABC.AZ xəbər verir ki, “Our Orchards” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 300 min manat azaldılaraq 1 milyon 400 min manat məbləğində müəyyən edildiyini elan edib.

Şirkətdən bildirilir ki, bu qərarla əlaqədar olaraq kreditorlar mövcud tələblərini bir ay müddətində aşağıdakı ünvana təqdim edə bilərlər: AZ2732, Xaçmaz rayonu, Yergüc kəndi.