"FINCA Azerbaijan"-nin istiqrazlarının “Ticarətə İcazə” qərarı verilib

10:39 - 22.01.2026


22 yanvar, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Bu barədə ABC.AZ BFB-yə istinadla xəbər verir.

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2013019206 olan istiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı:10,000 ədəd

İlkin ticarət qiyməti:100 ABŞ dolları

İstiqrazların buraxılış həcmi:1,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi:9%

Ödəmə Periodu:İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 24 ay

Ticarətə buraxılma tarixi: 29.01.2026

Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC