11:03 - 22.01.2026
22 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda sənaye sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 7,916 milyard manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1% azdır.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 37,3%-ə bərabər olub.
Hesabat sənaye sektoruna yatırılmış investisiyaların 5,213 milyard manatı (+4,4%) mədənçıxarma sənayesinə, 636,7 milyon manatı (-55,6%) emal sənayesinə, 1,711 milyard manatı (+27,4%) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatına, 354,8 milyon manatı (+57,6%) isə su təchizatı; tullantıların təmizlənməsi və emalına yönəldilib.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026