Bir ildə "Enterprise Azerbaijan" portalında 141 startap qeydə alınıb

11:44 - 22.01.2026


22 yanvar, Fineko/abc.az. 2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” platforması üzərindən ixrac sifarişlərinin sayı 3200-ə çatıb, 763 sahibkara sərbəst satış sertifikatı təqdim olunub.

ABC.AZ xəbər verir ki, bunu mərkəzin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Enterprise Azerbaijan" portalında 141 startap və 15 ölkə üzrə iştirak qeydə alınıb:

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə isə 3451 sahibkar müraciəti daxil olub.

Mərkəzin elmi-analitik fəaliyyəti çərçivəsində 12 "İxrac icmalı", yeddi "İslahat icmalı", 106 videoicmal, 44 həftəlik icmal, səkkiz dildə "Türk iqtisadi icmalı"nın dörd sayı, "İqtisadi islahatlar" jurnalının iki buraxılışı, yeddi kitab nəşr olunub, eləcə də "Scopus" və "Web of Science" bazalarında indekslənmiş 17 elmi məqalə dərc edilib.