AYNA yollarda xətlənmə işləri üçün bu qədər vəsait xərcləyəcək

11:59 - 22.01.2026


22 yanvar, Fineko/abc.az. AYNA yollarda xətlənmə işləri üçün 36.8 milyon manatlıq satınalma elan edib.

ABC.AZ xəbər verir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi Respublika ərazisində avtomobil yollarında xətlənmə işlərinin görülməsi ilə bağlı satınalma müsabiqəsi elan edib.

Layihə çərçivəsində ölkə yollarında xətlənmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Satınalmanın ehtimal olunan qiyməti 36 795 294  manat təşkil edir.