Bu ölkənin fermerləri vergi islahatları səbəbindən hakimiyyətə inamlarını itiriblər

12:02 - 22.01.2026


22 yanvar, Fineko/abc.az. Sorğuda iştirak edən Böyük Britaniyanın demək olar ki, bütün fermerləri hesab edirlər ki, hakimiyyət kənd təsərrüfatını qiymətləndirmir və onun cəmiyyətə verdiyi töhfələrə məhəl qoymur.

ABC.AZ xəbər verir ki, bu barədə Farmers Guardian-ın "Böyük Britaniyanın ailə təsərrüfatlarını xilas et"kampaniyası çərçivəsində 500-ə yaxın fermer arasında aparılan sorğuda deyilir.

Fermerlərin narazılığı varislik vergisində nəzərdə tutulan dəyişikliklərlə bağlıdır. Onların fikrincə, bu dəyişikliklər ailə təsərrüfatlarının gələcəyini təhlükə altına alır. Vergidən azad edilən həddin 2,5 milyon funt sterlinqə qaldırılmasına baxmayaraq, hökumətə inam aşağı səviyyədə qalır: respondentlərin cəmi 11%-i leyboristləri dəstəkləmək ehtimalını istisna etmir.

Fermerlərin 85%-dən çoxu investisiya planlarını azaldıb, təxminən yarısı bu sahəni tərk etməyi düşünüb, əksəriyyəti isə kənd iqtisadiyyatı və gələcək nəsillər üçün mənfi nəticələrdən ehtiyat edərək vergi islahatlarına qarşı mübarizəni davam etdirmək niyyətindədir.