14:51 - 22.01.2026
22 yanvar, Fineko/abc.az. Ötən il Gürcüstan Azərbaycandan 25 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. İdarədən bildirilib ki, bu, 2024-cü ilin göstəricisindən 2,3 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana elektrik enerjisi ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 48 milyon ABŞ dolları dəyərində elektrik enerjisi alıb ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 11,5 milyon ABŞ dolları, Ermənistandan 8 milyon ABŞ dolları və Türkiyədən 3,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib.
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026