Banklarda hüquqi şəxslərin depozitlərinin həcmi açıqlanıb

15:44 - 22.01.2026


22 yanvar, Fineko/abc.az. 2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən banklarda hüquqi şəxslərin (biznes və korporativ müştərilərin) depozitlərinin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə şirkətlərin ən çox vəsait yerləşdirdiyi banklar məlum olub.

Renkinqə "PAŞA Bank" ASC başçılıq edir. Bankda hüquqi şəxslərin depozitləri 5 milyard 595 milyon 661 min manat təşkil edib.

İkinci yerdə "Azərbaycan Beynəlxalq Bankı" ASC qərarlaşıb – dövlət bankının korporativ depozit portfeli 5 milyard 488 milyon 603 min manat olub.

"Kapital Bank" ASC 5 milyard 151 milyon 830 min manat göstərici ilə üçüncü sırada yer alıb.

Milyardlıq həddi keçən digər banklar isə "Azər Türk Bank" ASC (1 milyard 322 milyon 173 min manat) və "Xalq Bank" ASC-dir (1 milyard 86 milyon 340 min manat).