Kino Agentliyi tammetrajlı film üçün 657 000 manatlıq satınalma həyata keçirib

15:59 - 22.01.2026


22 yanvar, Fineko/abc.az. "Azərbaycan Kino Agentliyi" PHŞ tərəfindən "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filminin istehsalı üzrə satınalma həyata keçirilib.

ABC.AZ xəbər verir ki, satınalmanın qalibi "Aydəmir Entertainment" MMC olub. Müqavilənin dəyəri 657 000 manat təşkil edir.

Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub,