17:23 - 22.01.2026
22 yanvar, Fineko/abc.az. 2025-ci il ərzində Azərbaycandan 60,5 milyon dollar həcmində 85,2 min ton şəkər ixrac edilib.
ABC.AZ xəbər verir ki, şəkər ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 22 milyon dollar və ya 57,2%, miqdar ifadəsilə isə 34,4 min ton, başqa sözlə 67,7% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 38,5 milyon dollar dəyərində 50,8 min ton şəkər ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 21 qəpik təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1 manat 29 qəpik idi. Bu da illik müqayisədə 8 qəpik və ya 6,2% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 0,24%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,67%-i şəkərin payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,14% və 1,15% olmuşdu.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026