Neft bahalaşır, Brent - $64,53/barel təşkil edir

09:18 - 23.01.2026


23 yanvar, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə baş verən enişdən sonra cümə günü keçirilən hərraclarda etalon markalı neftin qiyməti artır.

ICE Futures birjasında "Brent" markalı neftin mart fyuçersinin qiyməti saat 09:12-yə qədər $0,47 (0,73%) artaraq bir barel üçün $64,53 təşkil edib. 22 yanvar hərraclarının nəticələrinə görə, "Brent" neftinin mart fyuçersi $1,18 (1,81%) ucuzlaşaraq bir barel üçün $64,06 olub.

NYMEX əmtəə birjasında "WTI" markalı neftin mart fyuçersinin qiyməti saat 09:12-yə qədər $0,47 (0,79%) yüksələrək bir barel üçün $59,83-a çatıb. 22 yanvar hərraclarının nəticələrinə görə, "WTI" neftinin mart fyuçersi $1,26 (2,08%) dəyər itirərək bir barel üçün $59,36 təşkil edib.