10:06 - 23.01.2026
23 yanvar, Fineko/abc.az. Azərbaycanda iki yeni lizinq şirkəti dövlət qeydiyyatına alınıb.
ABC.AZ xəbər verir ki, “Oliqarx Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti 3 oktyabr 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 12, mənzil 46 ünvanında yerləşir.
Cəmiyyətin qanuni təmsilçisi Əliməmmədov Turan Mehdi oğludur. Bununla yanaşı, “Dayaq Leasing” Məhdud Məsuliyyətli Cəmiyyəti də 1 oktyabr 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkətin də nizamnamə kapitalı 10 manatdır.
Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 26, mənzil 179, məhəllə 554-də yerləşir. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Rauf Tofiq oğludur.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026