16:04 - 23.01.2026
23 yanvar, Fineko/abc.az. Dünyanın ən varlı insanı İlon Mask bu il ABŞ Senatına respublikaçılardan namizəd olan siyasətçiyə 10 milyon dollar ianə edib.
ABC.AZ xəbər verir ki, bu barədə Wall Street Journal yazır.
Nəşrin məlumatına görə, bu addım Maskın ABŞ-da siyasi proseslərdə yenidən aktiv rol almağa başladığını göstərir.
Məqalədə qeyd olunur ki, Maskın ABŞ prezidenti Donald Trampla bir müddət soyuq olan münasibətləri də son dövrlər mülayimləşməyə başlayıb. Bu isə milyarderin Respublikaçılar Partiyası ilə əlaqələrinin yenidən gücləndiyini göstərən əsas siqnallardan biri kimi dəyərləndirilir. - rusca tərcüməsi
13 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026