ABŞ-ın ÜST-dən çıxması təşkilatı büdcə böhranı ilə üz-üzə qoya bilər

15:58 - 26.01.2026


26 yanvar, Fineko/abc.az. ABŞ yanvarın 22-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmi şəkildə çıxıb və Donald Tramp administrasiyasının bir il əvvəl bildirdiyi proseduru tamamlayıb.

ABC.AZ-ın məlumatına görə, ÜST-ün açıqlamasında bildirilir ki, ABŞ 2024–2025-ci illər üzrə 260 milyon dollar məbləğində üzvlük haqlarını ödəməyib.

Vaşinqtonda təşkilatın fəaliyyətinin ABŞ-a ciddi iqtisadi ziyan vurduğu bildirilib. ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus isə ABŞ-ın təşkilatdan çıxmasını bütün dünya üçün itki adlandırıb və qərarın yenidən nəzərdən keçiriləcəyinə ümid etdiyini bildirib.

ÜST büdcəsinin təxminən 18%-ni təmin edən ABŞ-ın çıxışı təşkilatda ciddi büdcə böhranına səbəb ola bilər.