Bu nazirin müavinləri artırıldı - Sərəncam

17:29 - 26.01.2026


26 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.