"Yaşıl Kart" sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığortaçılar - Siyahı

10:29 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır: “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC,  “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.

Qeyd edək ki, İcbari Sığorta Bürosunun “Yaşıl Kart” üzrə iştirakçı siyahısından “AtaSığorta” ASC çıxarılıb və iştirakçıların sayı 6 olub.