Dünyanın ən məşhur TikTokeri üzünü 1 milyard dollara icarəyə verdi

11:50 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. Dünyanın ən məşhur TikTokeri üzünü üç il müddətinə 1 milyard dollar qarşılığında icarəyə verib.

ABC.AZ xəbər verir ki, Xabi Leymin brendinə aid kommersiya hüquqları Rich Sparkle Holdings holdinqi tərəfindən satın alınıb. Bu, TikTokerin daimi iştirakı olmadan onun obrazından istifadə etməyə imkan verir — onun yerinə süni intellekt əsasında yaradılmış rəqəmsal dublör fəaliyyət göstərəcək.

Rəqəmsal avatar 24/7 rejimində, müxtəlif vaxt qurşaqlarında kontent istehsal edə, reklamlar apara və çoxdilli canlı yayımlar həyata keçirə biləcək. Leymin üslubunu və reaksiyalarını imitasiya etmək üçün onun siması, səsi və davranış modellərindən istifadə olunacaq.

Razılaşmanın məbləği 900–975 milyon dollar həcmində qiymətləndirilir. Analitiklərin proqnozlarına görə, livestream commerce və məhsul xətləri vasitəsilə əldə olunan gəlirlər ildə 4 milyard dollara çata bilər. Bununla belə, Xabi Leym şirkətdə nəzarət paketini özündə saxlayır.