11:26 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. Rusiyada 1 sentyabr 2026-cı ildən etibarən “bakalavr” və “magistr” formatları ləğv ediləcək. Onların əvəzinə təhsil müddəti 4–6 il olan baza ali təhsil və 1–3 il davam edən ixtisaslaşdırılmış ali təhsil sistemi tətbiq olunacaq.
ABC.AZ xəbər verir ki, bu barədə RF Dövlət Dumasının elm və ali təhsil üzrə komitəsinin sədrinin birinci müavini Kseniya Qoryaçeva məlumat verib.
Hazırda ali məktəblərdə təhsil alan tələbələr təhsillərini mövcud proqramlar üzrə başa vuracaqlar. Yeni sistem isə 2026–2027-ci tədris ilindən etibarən ali məktəblərə qəbul olunan abituriyentlərə şamil ediləcək.
6 Mart 2026