Tehranda qiymətlər iki dəfə artıb

18:31 - 30.01.2026


30 yanvar, Fineko/abc.az. Son üç həftə ərzində İranın paytaxtında ərzaq məhsullarının qiymətində iki dəfə artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, əsas səbəblər milli valyutanın devalvasiyası və son etirazlardır. Ən çox bahalaşan düyü və ətdir, məsələn, bir torba düyü 8-9 milyondan 24-30 milyon riala yüksəlib.