Litva Suvalki dəhlizi yaxınlığında Polşa ilə birgə iqtisadi zona yaratmağı təklif edib

19:13 - 30.01.2026


30 yanvar, Fineko/abc.az. Litvanın iqtisadiyyat və innovasiyalar naziri Edvinas Qritskas Polşa ilə Suvalki dəhlizi yaxınlığında, sərhəd bölgəsində yerləşən Koptsevo ərazisində birgə iqtisadi zona yaradılmasını təklif edib.

ABC.AZ xəbər verir ki, söhbət Lazdiy rayonu ərazisində yerləşən, təxminən 20 hektar sahədən gedir. Nazirin sözlərinə görə, bu ərazi potensial investorlar üçün uyğundur, lakin infrastrukturun inkişafı üçün əlavə maliyyə vəsaiti tələb olunur. Hazırda Polşa bu təşəbbüsü təhlil edir.

Daha əvvəl Litva prezidenti Qitanas Nauseda da oxşar təşəbbüslə çıxış edərək, həmin regionda birgə hərbi poliqonun yaradılması imkanının nəzərdən keçirilməsini təklif etmişdi. Suvalki dəhlizi Litva ilə Polşanı və Avropanın qalan hissəsini quru yolu ilə birləşdirən strateji əhəmiyyətli ərazidir.