Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir

12:26 - 2.02.2026


2 fevral, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir, Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır.

ABC.AZ-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci səsvermədə müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.

Təklif edilən yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində – referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Müzakirələrdən sonra qanun layihəsi ikinci səsvermədə qəbul edilib.