Samir Şərifov: Sosial ipoteka məsələsində dövlətin imkanları sonsuz deyil

16:00 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. Azərbaycan hökuməti sosial ipotekanın əhatə dairəsinin genişləndirilməsi imkanını nəzərdən keçirir.

Maliyyə naziri Samir Şərifov bildirib ki, sosial ipotekanın əhatə dairəsinin böyükdr, lakin hökumət əhatə dairəsini daha da genişləndirməyə çalışır.

“Lakin qeyd etmək lazımdır ki, dövlət bunu sonsuza qədər edə bilməz. 2019-cu ilin büdcəsində sosial ipotekaya 162 milyon manat ayrılacaq, hərbi xidmətçilərə, müharibədə həlak olanların ailələrinə, məcburi köçkünlərə ayrıca vəsaitlərin ayrılması nəzədə tutulub”, - nazir belə deyib.