11:58 - 4.02.2026
4 fevral, Fineko/abc.az. Avrokomissiya dünya üzrə külək turbinləri bazarının 15%-dən çoxuna sahib olan Çin şirkəti Goldwind barəsində rəsmi şəkildə genişmiqyaslı araşdırmaya start verib.
ABC.AZ xəbər verir ki, tənzimləyici qurum şirkətin Çin hökumətindən dövlət subsidiyaları (dotasiyalar, güzəştli kreditlər və vergi imtiyazları) ala biləcəyindən şübhələnir. Bu isə Aİ bazarında rəqabət şəraitinin pozulmasına səbəb ola bilər.
İlkin məlumatların toplanmasına 2024-cü ilin aprel ayında başlanılıb. Araşdırmanın ilkin nəticələrinə əsasən, Avrokomissiya Avropa İttifaqının daxili bazarının zəiflədilməsi əlamətlərinin mövcud olduğunu bildirib. Qanun pozuntuları təsdiqlənərsə, şirkətə qarşı antidempinq rüsumlarının tətbiqi və fəaliyyətin korreksiyası ilə bağlı tələblər irəli sürülə bilər. Analoji tədbirlər daha əvvəl Aİ tərəfindən Çin istehsalı olan elektromobillərə qarşı da tətbiq edilmişdi ki, bu da Brüssel və Pekin arasında iqtisadi münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026