14:41 - 4.02.2026
4 fevral, Fineko/abc.az. Hazırda Azərbaycanda konkret sahə üzrə fəaliyyət göstərən banklara ehtiyac yoxdur.
ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, Azərbaycanda aqrar sahədə bankçılıqla bağlı təcrübə olub.
"Hazırda banklarımızın əksəriyyəti universaldır, mən düşünmürəm ki, bazarda sahəvi banka tələbat var. Bizim istəyimiz odur ki, banklararası rəqabət artsın. Bəlkə də gələcəkdə hansısa banklar müəyyən sahələri hədəf götürəcəklər, məsələn, ancaq ipoteka kreditləşməsi ilə məşğul olacaqlar. Amma bu gün bildiyim qədər belə banklara ehtiyac yoxdur," - deyə o qeyd edib.
12 Mart 2026
12 Mart 2026
10 Mart 2026