Rusiyadan Ermənistana Azərbaycan vasitəsi ilə 20 660 ton taxıl göndərilib

16:45 - 4.02.2026


4 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) ABC.AZ-a məlumat verilib.

Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.