14:20 - 5.02.2026
5 fevral, Fineko/abc.az. Türkiyə və Özbəkistan hökumətləri “Özbəkistan – Türkmənistan – İran – Türkiyə” marşrutu üzrə müntəzəm konteyner dəmiryolu daşımalarının açılması haqqında razılaşma imzalayıblar.
ABC.AZ xəbər verir ki, bunu Özbəkistan nəqliyyat naziri İlhom Mahkamov bildirib.
Onun sözlərinə görə, bu razılaşma Özbəkistan yükdaşıyıcılarına Türkiyənin Mersin limanı vasitəsilə dənizə çıxış imkanı verəcək.
Həmçinin yüksək vəzifəli rəsmilər bildiriblər ki, bu razılaşmalar Orta dəhliz üzrə beynəlxalq yükdaşımanın sadələşməsinə töhfə verəcək.
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026
16 Mart 2026