17:32 - 5.02.2026
5 fevral, Fineko/abc.az. “Paşa Sığorta” ASC-nin 2025-ci ilin sonuna dair investisiya portfeli açıqlanıb.
ABC.AZ xəbər verir ki, şirkətin cəmi investisiyaları 2025-ci ilin sonunda 249,2 milyon manat təşkil edib.
Bu göstərici 2024-cü ilin sonundakı 223,5 milyon manatla müqayisədə 25,7 milyon manat və ya 11,5 faiz çoxdur.
İnvestisiya portfelində əsas paya malik olan istiqrazlar üzrə isə azalma qeydə alınıb. 2025-ci ilin sonunda istiqrazlar portfelinin həcmi 127,6 milyon manata bərabər olub ki, bu da ötən illə müqayisədə 40,1 milyon manat və ya 24 faiz azalma deməkdir.
Azalmanın əsas səbəbi dövlət istiqrazları üzrə göstəricilərin zəifləməsidir. Dövlət istiqrazlarına yatırımlar 99,5 milyon manata enib və bu istiqamətdə 43,9 milyon manatlıq (30,6 faiz) azalma qeydə alınıb. Bununla yanaşı, qeyri-dövlət istiqrazları üzrə yatırımlar artıb. Bu kateqoriya üzrə investisiyalar 28,1 milyon manata çataraq, illik müqayisədə 3,8 milyon manat və ya 15,6 faiz yüksəlib.
13 Mart 2026
13 Mart 2026
13 Mart 2026